00:00
0%
00:00

"Azərbaycan kapriççiosu" Fikrət Əmirovun "Azərbaycan" silsiləvi mövzusunda yazdığı musiqi əsərlərindəndir. "Azərbaycan kapriççiosu" əsərinin üslubunu "Şərq barokkosu" ilə səciyyələndirmək olar. Milli ruhda olan əsərdə təntənəli musiqi təzadlı lövhələrdən qurulmuşdur. Lakin burada təmtəraqla yanaşı, incə lirikaya da rast gəlinir. "Azərbaycan kapriççiosu" əsərinin mərkəzi mövzusu Azərbaycan təbiət gözəlliklərini tərənnümü olub rast ladında səslənir. İstinad: “Fikrət Əmirov”, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi.