00:00
0%
00:00

Fikrət Əmirovun simli orkestr üçün bəstələdiyi bu simfoniya dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr edilmişdir. Simfoniya dörd hissədən ibarətdir. Premyerası 1947-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilmişdir. İstinad: “Fikrət Əmirov”, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi.