00:00
0%
00:00

“Şur” simfonik muğamı Fikrət Əmirovun digər bu janrda olan "Kürd Ovşarı" simfonik muğamı ilə dulogiya təşkil edir. "Şur" simfonik muğamı Şur, Şur-Şahnaz, Bayatı, Əraq, Simayi-Şəms hissələrindən ibarətdir. İlk dəfə Niyazinin dirijorluğu ilə 1948-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında səslənmişdir. İstinad: “Fikrət Əmirov”, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi.