Misgərlik sənəti və Azərbaycan: Lahıc
Dekorativ tətbiqi sənət
Azərbaycan qədim zamanlardan misgərliyin mərkəzlərindən biri olmuşdur. İsmayıllı rayonunun Lahıc qəsəbəsində olan misgərlik sənəti isə xüsusilə seçilir və əbəs yerə deyil ki, qəsəbənin bu sənət növü UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısında yer almaqdadır.