Opera musiqisi və Üzeyir Hacıbəyli

Musiqi

Üzeyir Hacıbəyli 1908-1937-ci illərdə ardıcıl olaraq "Leyli və Məcnun" (1908-ci il), “Şeyx Sənan” (1909-cu il), “Rüstəm və Söhrab” (1910-cu il), “Şah Abbas və Xurşid Banu” (1912-ci il), “Əsli və Kərəm” (1912-ci il), “Harun və Leyla” (1915-ci il) və "Koroğlu" (1937) operalarını bəstələmişdir. Bəstəkar həyatının son illərində tamamlanmamış “Firuzə” operası üzərində çalışmışdır.