Azərbaycanın qədim mədəniyyət mərkəzi olmuş Bərdə şəhəri yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı e.ə. IV-III əsrlərə aid edilən, üzərində çəng ifa edən qadın təsvir edilmiş saxsı qab parçası tapılmışdır. Nizami Gəncəvi “Yeddi gözəl” poemasında bu aləti təsvir etmişdir.