Pirallahı rayonunun inzibati ərazisinə daxil olan Neft Daşları Xəzər dənizində, Bakı şəhərindən 110 km şərqdə yerləşir. 7 noyabr 1949-cu il tarixində ilk quyu neft fontanı vurmuş və bununla da dünya nefti tarixində açıq dənizdə neft çıxarılmasının əsası qoyulmuşdur.