Səttar Bəhlulzadə təəssürat rəssamıdır. O, təbiətin zəngin boyalarından, günün müxtəlif çağlarından, ilin fəsillərindən aldığı təəssüratları özünəməxsus xüsusi məharətlə verə bilirdi. Bunu onun impressionist üslublu rəsm əsərlərində görmək mümkündür.