"Şeyx Səfi" xalçası (digər adı "Ərdəbil xalçası"dır) 1539-cu ildə Təbrizdə toxunmuşdur. Xalçanın sifarişçisi Səfəvi hökmdarı I Şah Təhmasibdir. O bu xalçanı məxsusi olaraq, Ərdəbil şəhərində yerləşən Şeyx Səfi məscidi üçün toxutdurmuşdur. Xalça 1893-cü ildən London şəhərinin "Viktoriya və Albert" muzeyində saxlanılır.