Dünya arxeoloji abidələri sırasında özünəməxsus yeri olan Azıx mağara-düşərgəsi Qarabağ bölgəsində, Quruçayın sol sahilindəki dağ yamaclarında yerləşir. Mağaranın kəşfi görkəmli arxeoloq Məmmədəli Hüseynovun adı ilə bağlıdır.